Dünya bazarı konyukturası — Dekabr 2021
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2021-ci ilin dekabr ayında orta hesabla 133.7 bənd təşkil edib, noyabr ayı ilə müqayisədə 0.9% (1.2 bənd) az olsa da, ötən ilin dekabr ayı ilə müqayisədə isə 23.3% (25.2 bənd) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi dekabr ayında orta hesabla 111.3 bənd təşkil edib, noyabr ayı ilə müqayisədə 0.1% (0.1 bənd) az olsa da, ötən ilin dekabr ayı ilə müqayisədə isə hesabla 128.2 bənd təşkil edib, noyabr ayı ilə müqayisədə 1.8% (2.3 bənd), ötən ilin dekabr ayı ilə müqayisədə isə 17.4% (19.0 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi dekabr ayında orta hesabla 140.5 bənd təşkil edib, noyabr ayı ilə müqayisədə 0.6% (0.9 bənd) az olsa da, ötən ilin dekabr ayı ilə müqayisədə isə 20.7% (24.1 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2020/2021-ci məhsul ili ilə müqayisədə 5 milyon ton azalaraq 1067 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 2021/2022-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 2 milyon ton artaraq 204 milyon ton olacağı proqnozlaşdırılır.
- 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 0.89% azalaraq 222 milyon ton olması proqnozlaşdırılır.
- 2019/2020-ci məhsul ilinə nəzərən 2021/2022-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 5.35% artaraq 787 milyon ton olacağı proqnozlaşdırılır.
- Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ili ilə müqayisədə 3.11% azalaraq 280 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 36.0% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi 9.7% azalaraq 65.1 milyon ton, istehsal həcmi isə 2020/2021-ci məhsul ili ilə müqayisədə 8.4 milyon ton az (393.9 milyon ton) olacağı gözlənilir.
- Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 8.6 milyon ton az (458.8 milyon ton) olacaq.
- Çində buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ili ilə müqayisədə 3.5% azalaraq 144.7 milyon ton olması gözlənilir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.