Azərbaycanda yerkökü istehsalı: arayış
Əsas faktlar
- 2023-cü ildə yerkökünün əkin sahəsi 2019-cu ilə nisbətən 37.8%, 2022-ci ilə nisbətən isə 17.7% azalaraq 980.3 hektar olub (Qrafik 1).
- 2023-cü ildə yerkökü istehsalı 2019-cu ilə nisbətən 22.7%, 2022-ci ilə nisbətən isə 13.4% azalaraq 33.7 min ton olub (Qrafik 2).
- 2023-cü ildə ölkə üzrə yerkökü istehsalının 90.0%-ni Bərdə (42.1%), Şəmkir (23.1%), Tovuz (18.1%), Sabirabad (4.2%) və Gədəbəy (2.7%) rayonlarının payına düşüb (Qrafik 3).
- 2023-cü ildə yerkökünün məhsuldarlığı 2019-cu ilə nisbətən 9.2% artıb, 2022-ci ilə nisbətən isə 5.3% azalaraq 217.4 sent/ha olub (Qrafik 4).
- 2023-cü ildə yerkökünün məhsuldarlıq göstəricisi Bərdə, Tovuz və Şəmkir rayonlarında ölkə üzrə orta göstəricidən yüksək olub (Qrafik 5).
- 2021-2022-ci illərdə daxili bazarda yerkökünün 1 kiloqramının topdan satış qiymətləri mövsümdən asılı olaraq 0.45-1.00 AZN, 2023-cü ildə isə 0.70-1.11 AZN arasında dəyişib (Qrafik 6).
- Azərbaycandan yerkökü və şalğam (ağ turp) ixracı 2023-cü ildə 3.0 min ton olmuşdur.
- 2023-cü ildə ölkədən yerkökü və şalğam ixracı 2019-cu ilə nisbətən 23.6%, 2022-ci ilə nisbətən isə 15.1% artmışdır.
- Azərbaycana yerkökü və şalğam idxalı isə son beş ildə ən çox 2023-ci ildə 3.7 min ton olmuşdur (Cədvəl 1).
- 2023-cü ildə Azərbaycandan yerkökü və şalğam əsasən Rusiya (67.1%), Ukrayna (28.9%) və Belarusa (3.9%) ixrac olunub (Cədvəl 2).
İllik ixrac və idxal
İdxal — Yerkökü və şalğamın (ağ turp) idxal-ixrac həcmi
| 2015 | 135 t | 49,2 min $ |
| 2016 | 1 627 t | 540,4 min $ |
| 2017 | 1 948 t | 541,8 min $ |
| 2018 | 1 346 t | 601,7 min $ |
| 2019 | 462 t | 161,8 min $ |
| 2020 | 1 509 t | 530,8 min $ |
| 2021 | 2 482 t | 876,8 min $ |
| 2022 | 1 292 t | 452,9 min $ |
| 2023 | 3 652 t | 1,3 mln $ |
İxrac — Yerkökü və şalğamın (ağ turp) idxal-ixrac həcmi
| 2015 | 451 t | 142,1 min $ |
| 2016 | 1 400 t | 620,6 min $ |
| 2017 | 1 083 t | 463,2 min $ |
| 2018 | 2 573 t | 991,7 min $ |
| 2019 | 2 439 t | 1,0 mln $ |
| 2020 | 2 547 t | 1,0 mln $ |
| 2021 | 1 141 t | 494,4 min $ |
| 2022 | 2 620 t | 1,3 mln $ |
| 2023 | 3 015 t | 1,5 mln $ |
Ölkələr üzrə
| Ölkə | İstiqamət | İl | Həcm | Dəyər |
|---|---|---|---|---|
| Rusiya | İxrac | 2020 | 2 088 t | 940,4 min $ |
| Rusiya | İxrac | 2021 | 1 071 t | 482,1 min $ |
| Rusiya | İxrac | 2022 | 2 362 t | 1,2 mln $ |
| Rusiya | İxrac | 2023 | 1 994 t | 1,1 mln $ |
| Ukrayna | İxrac | 2020 | 14,1 t | 3,5 min $ |
| Ukrayna | İxrac | 2021 | – | – |
| Ukrayna | İxrac | 2022 | 35,4 t | 12,4 min $ |
| Ukrayna | İxrac | 2023 | 860 t | 239,0 min $ |
| Belarus | İxrac | 2020 | – | – |
| Belarus | İxrac | 2021 | – | – |
| Belarus | İxrac | 2022 | 135 t | 123,2 min $ |
| Belarus | İxrac | 2023 | 115 t | 83,1 min $ |
| Digər | İxrac | 2020 | 446 t | 69,2 min $ |
| Digər | İxrac | 2021 | 69,5 t | 12,3 min $ |
| Digər | İxrac | 2022 | 88,2 t | 22,1 min $ |
| Digər | İxrac | 2023 | 45,2 t | 48,4 min $ |
| ixrac | İxrac | 2020 | 2 547 t | 1,0 mln $ |
| ixrac | İxrac | 2021 | 1 141 t | 494,4 min $ |
| ixrac | İxrac | 2022 | 2 620 t | 1,3 mln $ |
| ixrac | İxrac | 2023 | 3 015 t | 1,5 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.