AgroHub

Dünya bazarı konyukturası — Noyabr 2021

Noyabr 2021Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2021-ci ilin noyabr ayında orta hesabla 134.4 bənd təşkil edib, oktyabr ayı ilə müqayisədə 1.2% (1.6 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 27.5% (28.9 bənd) çoxdur.
  • Ət Məhsullarının Qiymət İndeksi noyabr ayında orta hesabla 109.8 bənd təşkil edib, oktyabr ayı ilə müqayisədə 0.9% (1.0 bənd) az olsa da, ötən ilin noyabr ayı ilə müqayisədə isə hesabla 125.5 bənd təşkil edib, oktyabr ayı ilə müqayisədə 3.4% (4.0 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 19.1% (20.1 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi noyabr ayında orta hesabla 141.5 bənd təşkil edib, oktyabr ayı ilə müqayisədə 3.1% (4.4 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 23.2% (26.7 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2020/2021-ci məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 1068 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2021/2022-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 3 milyon ton artaraq 205 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 0.89% azalaraq 222 milyon ton olması proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən 2021/2022-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 0.90% artaraq 789 milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ili ilə müqayisədə 4.14% azalaraq 278 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 35.0% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi 9.7% azalaraq 65.1 milyon ton, istehsal həcmi isə 2020/2021-ci məhsul ili ilə müqayisədə 9.1 milyon ton az (393.2 milyon ton) olacağı gözlənilir.
  • Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 8.8 milyon ton az (458.6 milyon ton) olacaq.
  • Çində buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ili ilə müqayisədə 4.0% azalaraq 144.1 milyon ton olması gözlənilir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Noyabr 2021 · AgroHub