Dünya bazarı konyukturası — Oktyabr 2021
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2021-ci ilin oktyabr ayında orta hesabla 133.2 bənd təşkil edib, sentyabr ayı ilə müqayisədə 3.1% (4.0 bənd), ötən ilin oktyabr ayı ilə müqayisədə isə 31.6% (32.0 bənd) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi oktyabr ayında orta hesabla 112.1 bənd təşkil edib, sentyabr ayı ilə müqayisədə 0.6% (0.7 bənd) az olsa da, ötən ilin oktyabr ayı ilə müqayisədə isə hesabla 120.7 bənd təşkil edib, sentyabr ayı ilə müqayisədə 2.2% (2.6 bənd), ötən ilin oktyabr ayı ilə müqayisədə isə 15.5% (16.2 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi oktyabr ayında orta hesabla 137.1 bənd təşkil edib, sentyabr ayı ilə müqayisədə 3.2% (4.3 bənd), ötən ilin oktyabr ayı ilə müqayisədə isə 22.4% (25.1 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2020/2021-ci məhsul ili ilə müqayisədə 7 milyon ton azalaraq 1063 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 2021/2022-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 1 milyon ton artaraq 203 milyon ton olacağı proqnozlaşdırılır.
- 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 3.57% azalaraq 216 milyon ton olması proqnozlaşdırılır.
- 2019/2020-ci məhsul ilinə nəzərən 2021/2022-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 5.35% artaraq 787 milyon ton olacağı proqnozlaşdırılır.
- Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ili ilə müqayisədə 4.17% azalaraq 276 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 35.0% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi 10.4% azalaraq 64.6 milyon ton, istehsal həcmi isə 2020/2021-ci məhsul ili ilə müqayisədə 12.3 milyon ton az (388.8 milyon ton) olacağı gözlənilir.
- Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 13.1milyon ton az (452.6 milyon ton) olacaq.
- Çində buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ili ilə müqayisədə 4.0% azalaraq 145.6 milyon ton olması gözlənilir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.