AgroHub

Dünya bazarı konyukturası — Sentyabr 2021

Sentyabr 2021Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2020/2021-ci məhsul ili ilə müqayisədə 6 milyon ton azalaraq 1064 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2021/2022-ci məhsul ilində əvvəlki məhsul ilə müqayisədə 1 milyon ton azalaraq 200 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 4.02% azalaraq 215 milyon ton olması proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən 2021/2022-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 5.21% artaraq 787 milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ili ilə müqayisədə 3.82% azalaraq 277 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 35.0% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi 10.4% azalaraq 64.6 milyon ton, istehsal həcmi isə 2020/2021-ci məhsul ili ilə müqayisədə 13.0 milyon ton az (388.4 milyon ton) olacağı gözlənilir.
  • Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 13.0 milyon ton az (453.0 milyon ton) olacaq.
  • Çində buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ili ilə müqayisədə 4.0% azalaraq 144 milyon ton olması gözlənilir.
  • Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2021/2022-ci məhsul ilində istehsal həcminin 5.79% azalaraq 131.7 milyon ton olması, ixracın isə 4.40% artaraq 66.5 milyon ton olması proqnozlaşdırılır.
  • Bu qrupda əsas istehsalçılar Rusiya, Ukrayna və Qazaxıstandır.  2018-2019-cu illər ərzində buğdanın dünya bazarı qiymətində qeyri-müəyyənlik müşahidə olunsa da, son dörd rüb ərzində artım qeydə alınmışdır.
  • Aylıq müşahidə dövründə isə son 1 il ərzində əsasən qeyri-müəyyənlik müşahidə edilmişdir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Sentyabr 2021 · AgroHub