Dünya bazarı konyukturası — Avqust 2021
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2021-ci ilin avqust ayında orta hesabla 127.4 bənd təşkil edib, iyul ayı ilə müqayisədə 3.2% (3.9 bənd), ötən ilin avqust ayı ilə müqayisədə isə 32.9% (31.6 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2020/2021-ci məhsul ilində olduğu kimi 1073 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 2021/2022-ci məhsul ilində əvvəlki məhsul ilində olduğu kimi 200 milyon ton olacağı proqnozlaşdırılır.
- 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 1.34% azalaraq 221 milyon ton olması proqnozlaşdırılır.
- 2019/2020-ci məhsul ilinə nəzərən 2021/2022-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 5.61% artaraq 790 milyon ton olacağı proqnozlaşdırılır.
- Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ilində olduğu kimi 293 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 36.0% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi 10.4% azalaraq 64.6 milyon ton, istehsal həcmi isə 2020/2021-ci məhsul ili ilə müqayisədə 8.7 milyon ton az (391.9 milyon ton) olacağı gözlənilir.
- Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 7.9 milyon ton az (457.3 milyon ton) olacaq.
- Çində buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ili ilə müqayisədə 2.08% azalaraq 141 milyon tona çatması gözlənilir.
- Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2020/2021-ci məhsul ilində istehsal həcminin 5.03% azalaraq 132.2 milyon ton olması, ixracın isə 4.24% artaraq 66.4 milyon ton olması proqnozlaşdırılır.
- Bu qrupda əsas istehsalçılar Rusiya, Ukrayna və Qazaxıstandır. 2018-2019-cu illər ərzində buğdanın dünya bazarı qiymətində qeyri-müəyyənlik müşahidə olunsa da, son dörd rüb ərzində artım qeydə alınmışdır.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.