Dünya bazarı konyukturası — İyun 2021
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2021-ci ilin iyun ayında orta hesabla 124.6 bənd təşkil edib, may ayı ilə müqayisədə 2.5% (3.2 bənd) az olsa da, ötən ilin iyun ayı ilə müqayisədə isə Ət Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 109.6 bənd təşkil edib, may ayı ilə müqayisədə 2.1% (2.2 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 15.6% (14.8 bənd) çoxdur.
- Süd Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 119.9 bənd təşkil edib, may ayı ilə müqayisədə 1.0% (1.2 bənd) az, ötən ilin iyun ayı ilə müqayisədə isə 22.0% (21.6 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi iyun ayında orta hesabla 129.4 bənd təşkil edib, may ayı ilə müqayisədə 2.6% (3.5 bənd) az, ötən ilin iyun ayı ilə müqayisədə isə 33.8% (32.7 bənd) çoxdur.
- Bitki Yağlarının Qiymət İndeksi iyun ayında orta hesabla 157.5 bənd təşkil edib, may ayı ilə müqayisədə 9.8% (17.2 bənd) az, ötən ilin iyun ayı ilə müqayisədə isə 81.8% (70.9 bənd) çoxdur.
- Şəkər Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 107.7 bənd təşkil edib, may ayı ilə müqayisədə 0.9% (0.9 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 43.7% (32.8 bənd) çoxdur. (ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 12 İyul 2021-ci il tarixli hesabatı əsasında hazırlanıb) 2021/2022-ci məhsul ili üzrə qlobal buğda istehsalı 2.06% artaraq 792 milyon ton olacağı proqnozlaşdırılır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2020/2021-ci məhsul ili ilə müqayisədə 8 milyon ton artaraq 1083 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 2021/2022-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5 milyon ton artaraq 204 milyon ton olacağı proqnozlaşdırılır.
- 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 0.87% artaraq 231 milyon ton olması proqnozlaşdırılır.
- 2019/2020-ci məhsul ilinə nəzərən 2021/2022-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 1.15% artaraq 791 milyon ton olacağı proqnozlaşdırılır.
- Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ili ilə müqayisədə 0.34% azalaraq 292 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 37.0% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi 11.4% azalaraq 63.8 milyon ton, istehsal həcmi isə 2020/2021-ci məhsul ili ilə müqayisədə 7.5 milyon ton çox (408.3 milyon ton) olacağı gözlənilir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.