AgroHub

Dünya bazarı konyukturası — May 2021

May 2021Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Ət Məhsullarının Qiymət İndeksi may ayında orta hesabla 105.0 bənd təşkil edib, aprel ayı ilə müqayisədə 2.2% (2.3 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 10.0% (9.6 bənd) çoxdur.
  • Süd Məhsullarının Qiymət İndeksi may ayında orta hesabla 120.8 bənd təşkil edib, aprel ayı ilə müqayisədə 1.5% (1.7 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 28.0% (26.4 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi may ayında orta hesabla 133.1 bənd təşkil edib, aprel ayı ilə müqayisədə 6.0% (7.6 bənd) , ötən ilin may ayı ilə müqayisədə isə 36.6% (35.7 bənd) çoxdur.
  • Bitki Yağlarının Qiymət İndeksi may ayında orta hesabla 174.7 bənd təşkil edib, aprel ayı ilə müqayisədə 7.8% (12.7 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 124.5% (96.9 bənd) çoxdur.
  • Şəkər Məhsullarının Qiymət İndeksi may ayında orta hesabla 106.7 bənd təşkil edib, aprel ayı ilə müqayisədə 6.8% (6.8 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 57.3% (38.9 bənd) çoxdur. (ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 12 May 2021-ci il tarixli hesabatı əsasında hazırlanıb) 2021/2022-ci məhsul ili üzrə qlobal buğda istehsalı 2.32% artaraq 794 milyon ton olacağı proqnozlaşdırılır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2020/2021-ci məhsul ili ilə müqayisədə 13 milyon ton artaraq 1088 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2021/2022-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 4 milyon ton artaraq 203 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 2.62% artaraq 235 milyon ton olması proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən 2021/2022-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 1.15% artaraq 791milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ili ilə müqayisədə 1.37% artaraq 297 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 38.0% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi 0.5% azalaraq 62.9 milyon ton, istehsal həcmi isə 2020/2021-ci məhsul ili ilə müqayisədə 11.4 milyon ton çox (412.2 milyon ton) olacağı gözlənilir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — May 2021 · AgroHub