AgroHub

Dünya bazarı konyukturası — Aprel 2021

Aprel 2021Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Ət Məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 101.8 bənd təşkil edib, mart ayı ilə müqayisədə 1.7% (1.7 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 5.1% (4.9 bənd) çoxdur.
  • Süd Məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 118.9 bənd təşkil edib, mart ayı ilə müqayisədə 1.2% (1.4 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 24.1% (23.1 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi aprel ayında orta hesabla 125.1 bənd təşkil edib, mart ayı ilə müqayisədə 1.2% (1.5 bənd) , ötən ilin aprel ayı ilə müqayisədə isə 26.0% (25.8 bənd) çoxdur.
  • Bitki Yağlarının Qiymət İndeksi aprel ayında orta hesabla 162.0 bənd təşkil edib, mart ayı ilə müqayisədə 1.8% (2.9 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 99.5% (80.8 bənd) çoxdur.
  • Şəkər Məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 100.0 bənd təşkil edib, mart ayı ilə müqayisədə 3.9% (3.8 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 58.3% (36.8 bənd) çoxdur. (ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 12 May 2021-ci il tarixli hesabatı əsasında hazırlanıb) 2021/2022-ci məhsul ili üzrə qlobal buğda istehsalı 1.54% artaraq 789 milyon ton olacağı proqnozlaşdırılır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2020/2021-ci məhsul ili ilə müqayisədə 7 milyon ton artaraq 1084 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2021/2022-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 4 milyon ton artaraq 202 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 1.30% artaraq 233 milyon ton olması proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən 2021/2022-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 1.68% artaraq 789 milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ili ilə müqayisədə 1.99% azalaraq 295 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 37.0% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi cuzi artaraq 63.9 milyon ton, istehsal həcmi isə 2020/2021-ci məhsul ili ilə müqayisədə 5.5 milyon ton çox (406.3 milyon ton) olacağı gözlənilir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Aprel 2021 · AgroHub