AgroHub

Dünya bazarı konyukturası — Mart 2021

Mart 2021Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Ət Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 98.9 bənd təşkil edib, fevral ayı ilə müqayisədə 2.3% (2.2 bənd) çox, ötən ilin mart ayı ilə müqayisədə isə 0.5% (0.5 bənd) azdır.
  • Süd Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 117.4 bənd təşkil edib, fevral ayı ilə müqayisədə 3.8% (4.3 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 15.7% (15.9 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi mart ayında orta hesabla 123.6 bənd təşkil edib, fevral ayı ilə müqayisədə 1.7% (2.1 bənd) az, ötən ilin mart ayı ilə müqayisədə isə 26.5% (25.9 bənd) çoxdur.
  • Bitki Yağlarının Qiymət İndeksi mart ayında orta hesabla 159.2 bənd təşkil edib, fevral ayı ilə müqayisədə 8.0% (11.8 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 86.2% (73.7 bənd) çoxdur.
  • Şəkər Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 96.2 bənd təşkil edib, fevral ayı ilə müqayisədə 4.0% (4.0 bənd) az, ötən ilin mart ayı ilə müqayisədə isə 30.2% (22.3 bənd) çoxdur. (ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 9 Aprel 2021-ci il tarixli hesabatı əsasında hazırlanıb) 2020/2021-ci məhsul ili üzrə qlobal buğda istehsalı həcminin rekord həddə çataraq 777 milyon ton olacağı proqnozlaşdırılır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2019/2020-ci məhsul ili ilə müqayisədə 30 milyon ton artaraq 1077 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2020/2021-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 6 milyon ton artaraq 198 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 1.79% artaraq 228 milyon ton olması proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən 2020/2021-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 3.88% artaraq 776 milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2019/2020-ci məhsul ili ilə müqayisədə 0.33% artaraq 301 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 39.0% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 65.9 milyon tona düşməsi, istehsal həcminin isə 2019/2020-ci məhsul ili ilə müqayisədə 5.8 milyon ton çox (411.1 milyon ton) olacağı gözlənilir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Mart 2021 · AgroHub