AgroHub

Dünya bazarı konyukturası — Fevral 2021

Fevral 2021Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Ət Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 96.4 bənd təşkil edib, yanvar ayı ilə müqayisədə 0.6% (0.6 bənd) çox, ötən ilin fevral ayı ilə müqayisədə isə 4.0% (4.1 bənd) azdır.
  • Süd Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 113.0 bənd təşkil edib, yanvar ayı ilə müqayisədə 1.7% (1.9 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 9.9% (10.2 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi fevral ayında orta hesabla 125.7 bənd təşkil edib, yanvar ayı ilə müqayisədə 1.2% (1.5 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 26.5% (26.3 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2019/2020-ci məhsul ili ilə müqayisədə 30 milyon ton artaraq 1077 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2020/2021-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 6 milyon ton artaraq 198 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 1.79% artaraq 228 milyon ton olması proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən 2020/2021-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 3.88% artaraq 776 milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2019/2020-ci məhsul ili ilə müqayisədə 0.33% artaraq 301 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 39.0% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 65.9 milyon tona düşməsi, istehsal həcminin isə 2019/2020-ci məhsul ili ilə müqayisədə 5.8 milyon ton çox (411.1 milyon ton) olacağı gözlənilir.
  • Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 0.6 milyon ton az (477.0 milyon ton) olacaq.
  • Çində buğda ehtiyatlarının həcminin 2019/2020-ci məhsul ili ilə müqayisədə 1.32% azalaraq 150 milyon tona çatması gözlənilir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Fevral 2021 · AgroHub