AgroHub

Dünya bazarı konyukturası — Yanvar 2021

Yanvar 2021Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2021-ci ilin yanvar ayında orta hesabla 113.3 bənd təşkil edib, dekabr ayı ilə müqayisədə 4.4% (4.7 bənd), ötən ilin yanvar ayı ilə müqayisədə isə 10.6% (10.8 bənd) çoxdur.
  • Ət Məhsullarının Qiymət İndeksi yanvar ayında orta hesabla 96.0 bənd təşkil edib, dekabr ayı ilə müqayisədə 1.0% (0.9 bənd) çox, ötən ilin yanvar ayı ilə müqayisədə isə 7.3% (7.6 bənd) azdır.
  • Süd Məhsullarının Qiymət İndeksi yanvar ayında orta hesabla 111.0 bənd təşkil edib, dekabr ayı ilə müqayisədə 1.6% (1.7 bənd), ötən ilin yanvar ayı ilə müqayisədə isə 6.9% (7.1 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi yanvar ayında orta hesabla 124.2 bənd təşkil edib, dekabr ayı ilə müqayisədə 7.1% (8.2 bənd), ötən ilin yanvar ayı ilə müqayisədə isə 23.6% (23.7 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2019/2020-ci məhsul ili ilə müqayisədə 27 milyon ton artaraq 1074 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2020/2021-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 4 milyon ton artaraq 195 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 0.89% artaraq 226 milyon ton olması proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən 2020/2021-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 2.95% artaraq 769 milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2019/2020-ci məhsul ili ilə müqayisədə 1.33% artaraq 304 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 40.0% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 65.9 milyon tona düşməsi, istehsal həcminin isə 2019/2020-ci məhsul ili ilə müqayisədə 2.8 milyon ton çox (408.1 milyon ton) olacağı gözlənilir.
  • Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 3.6 milyon ton az (474.0 milyon ton) olacaq.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Yanvar 2021 · AgroHub