AgroHub

Dünya bazarı konyukturası — Dekabr 2022

Dekabr 2022Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2022-ci ilin dekabr ayında orta hesabla 132.4 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.9% (2.6 bənd), ötən ilin dekabr ayı ilə müqayisədə isə 1.0% (1.3 bənd) azdır.
  • Ət Məhsullarının Qiymət İndeksi dekabr ayında orta hesabla 113.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.2% (1.4 bənd) az, ötən ilin dekabr ayı ilə müqayisədə isə 2.5% (2.8 bənd) çoxdur.
  • Süd Məhsullarının Qiymət İndeksi dekabr ayında orta hesabla 139.1 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.1% (1.5 bənd), ötən ilin dekabr ayı ilə müqayisədə isə 7.9% (10.1 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi dekabr ayında orta hesabla 147.3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.9% (2.9 bənd) az, ötən ilin dekabr ayı ilə müqayisədə isə 4.8% (6.8 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Bununla belə, məcmu təklifin həcm göstəricisinin 2021/2022-ci məhsul ili ilə müqayisədə 11 milyon ton azalaraq 1058 milyon ton olacağı proqnozlaşdırılır.
  • Bunun başlıca səbəbi ötən mövsümə nəzərən cari mövsümdə ilin əvvəlinə olan qalıq həcminin 4.5% azalaraq 277 milyon tona düşməsidir.
  • Qlobal buğda ehtiyatları həcminin 2021/2022-ci məhsul ili ilə də müqayisədə 2022/2023-cü məhsul ilində 3.2% azalacağı və 268 milyon tona düşəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 1 ton artaraq 60 milyon ton, istehsal həcminin isə 2021/2022-ci məhsul ili ilə müqayisədə 5 milyon ton çox (389 milyon ton) olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 6 milyon ton çox (449 milyon ton) olacaq.
  • Dünya buğda ticarətinin 2022/2023-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 9 milyon ton artaraq 212 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin 2021/2022-ci məhsul ili ilə müqayisədə 2 milyon ton azalaraq 142 milyon ton olacağı gözlənilir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Dekabr 2022 · AgroHub