AgroHub

Dünya bazarı konyukturası — Noyabr 2022

Noyabr 2022Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2022-ci ilin noyabr ayında orta hesabla 135.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.15% (0.2 bənd) az, ötən ilin noyabr ayı ilə müqayisədə isə Ət Məhsullarının Qiymət İndeksi noyabr ayında orta hesabla 117.1 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.9% (1.1 bənd) az, ötən ilin noyabr ayı ilə müqayisədə isə 4.1% (4.6 bənd) çoxdur.
  • Süd Məhsullarının Qiymət İndeksi noyabr ayında orta hesabla 137.5 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.2% (1.7 bənd) az, ötən ilin noyabr ayı ilə müqayisədə isə 9.2% (11.6 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi noyabr ayında orta hesabla 150.4 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.3% (1.9 bənd) az, ötən ilin noyabr ayı ilə müqayisədə isə 6.3% (9.0 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Bununla belə, məcmu təklifin həcm göstəricisinin 2021/2022-ci məhsul ili ilə müqayisədə 13 milyon ton azalaraq 1057 milyon ton olacağı proqnozlaşdırılır.
  • Bunun başlıca səbəbi ötən mövsümə nəzərən cari mövsümdə ilin əvvəlinə olan qalıq həcminin 4.8% azalaraq 276 milyon tona düşməsidir.
  • Qlobal buğda ehtiyatları həcminin 2021/2022-ci məhsul ili ilə də müqayisədə 2022/2023-cü məhsul ilində 3.3% azalacağı və 268 milyon tona düşəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin sabit olaraq 59 milyon ton, istehsal həcminin isə 2021/2022-ci məhsul ili ilə müqayisədə 4 milyon ton çox (388 milyon ton) olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 4 milyon ton çox (447 milyon ton) olacaq.
  • Dünya buğda ticarətinin 2022/2023-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 8 milyon ton artaraq 211 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin 2021/2022-ci məhsul ili ilə müqayisədə 2 milyon ton azalaraq 142 milyon ton olacağı gözlənilir.
  • Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2022/2023-cü məhsul ilində istehsal həcminin 4.3% artaraq 139.8 milyon ton, ixracın isə 6.8% artaraq 66.2 milyon ton olacağı proqnozlaşdırılır.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Noyabr 2022 · AgroHub