Dünya bazarı konyukturası — Oktyabr 2022
Əsas faktlar
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Bununla belə, məcmu təklifin həcm göstəricisinin 2021/2022-ci məhsul ili ilə müqayisədə 11 milyon ton azalaraq 1058 milyon ton olacağı proqnozlaşdırılır.
- Bunun başlıca səbəbi ötən mövsümə nəzərən cari mövsümdə ilin əvvəlinə olan qalıq həcminin 5.2% azalaraq 276 milyon tona düşməsidir.
- Qlobal buğda ehtiyatları həcminin 2021/2022-ci məhsul ili ilə də müqayisədə 2022/2023-cü məhsul ilində 2.9% azalacağı və 268 milyon tona düşəcəyi gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin sabit olaraq 59 milyon ton, istehsal həcminin isə 2021/2022-ci məhsul ili ilə müqayisədə 6 milyon ton çox (390 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 6 milyon ton çox (449 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2022/2023-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 6 milyon ton artaraq 209 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin 2021/2022-ci məhsul ili ilə müqayisədə 2 milyon ton azalaraq 142 milyon ton olacağı gözlənilir.
- Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2022/2023-cü məhsul ilində istehsal həcminin 4.33% artaraq 139.8 milyon ton, ixracın isə 2.74% artaraq 63.7 milyon ton olacağı proqnozlaşdırılır.
- Qara dəniz ölkələri qrupu üzrə icmal Qara dəniz ölkələri qrupu üzrə ixrac Bu qrupda əsas istehsalçılar Rusiya, Ukrayna və Qazaxıstandır. Dünya birjalarında 2022-ci ilin avqust ayından etibarən buğdanın qiymətində başlayan artım trendi oktyabr ayında da davam etmişdir.
- Oktyabr ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 2.2% artaraq 352 ABŞ dolları/ton səviyyəsində qərarlaşmışdır.
- Son 1 il ərzində buğdanın dünya birjalarında qiyməti, ABŞ dolları/ton 2019-2021-ci illər, 2021-ci ilin son iki rübü və 2022-ci ilin ilk üç rübü ərzində buğdanın dünya birjalarında qiyməti, ABŞ dolları/ton Rusiya buğdasının ixrac qiyməti son üç ayın azalma trendindən sonra oktyabr ayında yenidən artmışdır.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.