AgroHub

Dünya bazarı konyukturası — Sentyabr 2022

Sentyabr 2022Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Bununla belə, məcmu təklifin həcm göstəricisinin 2021/2022-ci məhsul ili ilə müqayisədə 12 milyon ton azalaraq 1058 milyon ton olacağı proqnozlaşdırılır.
  • Buna başlıca səbəb ötən mövsümə nəzərən cari mövsümdə ilin əvvəlinə olan qalıq həcminin 4.8% azalaraq 276 milyon tona düşməsidir.
  • Qlobal buğda ehtiyatları həcminin 2021/2022-ci məhsul ili ilə də müqayisədə 2022/2023-cü məhsul ilində 2.9% azalacağı və 268 milyon tona düşəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin sabit olaraq 59.0 milyon ton, istehsal həcminin isə 2021/2022-ci məhsul ili ilə müqayisədə 6 milyon ton çox (390 milyon ton) olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 6 milyon ton çox (449 milyon ton) olacaq.
  • Dünya buğda ticarətinin 2022/2023-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5 milyon ton artaraq 208 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin 2021/2022-ci məhsul ili ilə müqayisədə 2 milyon ton azalaraq 142 milyon ton olacağı gözlənilir.
  • Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2022/2023-cü məhsul ilində istehsal həcminin 3.58% artaraq 138.8 milyon ton, ixracın isə 0.97% artaraq 62.7 milyon ton olacağı proqnozlaşdırılır.
  • Qara dəniz ölkələri qrupu üzrə icmal Qara dəniz ölkələri qrupu üzrə ixrac Bu qrupda əsas istehsalçılar Rusiya, Ukrayna və Qazaxıstandır. ➢ Dünya birjalarında 2022-ci ilin avqust ayından etibarən buğdanın qiymətində başlayan artım trendi sentyabr ayında da davam etmişdir.
  • Sentyabr ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 9.2% artaraq 344.5 ABŞ dolları/ton səviyyəsində qərarlaşmışdır.
  • Son 1 il ərzində Rusiya buğdasının ixrac qiyməti, ABŞ dolları/ton 2019-2021-ci illər, 2021-ci ilin son iki rübü və 2022-ci ilin ilk üç rübü ərzində Rusiya buğdasının ixrac qiyməti, ABŞ dolları/ton ➢ 2022-ci ilin sentyabr ayında arpanın 1 tonunun qiyməti əvvəlki aya nisbətən Avropa bazarında 1.6% artaraq 306.2 ABŞ dolları, Qara dəniz bazarında isə 5.8% azalaraq 275.2 ABŞ dolları səviyyəsində qərarlaşmışdır.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Sentyabr 2022 · AgroHub