AgroHub

Dünya bazarı konyukturası — Avqust 2022

Avqust 2022Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2022-ci ilin avqust ayında orta hesabla 138.0 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 1.9% (2.7 bənd) az, ötən ilin avqust ayı ilə müqayisədə isə 7.9% (10.1 bənd) çoxdur.
  • Ət Məhsullarının Qiymət İndeksi avqust ayında orta hesabla 122.7 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 1.5% (1.8 bənd) az, ötən ilin avqust ayı ilə müqayisədə isə 8.2% (9.3 bənd) çoxdur.
  • Süd Məhsullarının Qiymət İndeksi avqust ayında orta hesabla 143.5 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 2.0% (3.0 bənd) az, ötən ilin avqust ayı ilə müqayisədə isə 23.5% (27.3 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi avqust ayında orta hesabla 145.2 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 1.4% (2.0 bənd) az, ötən ilin avqust ayı ilə müqayisədə isə 11.4% (14.8 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2021/2022-ci məhsul ili ilə müqayisədə 10 milyon ton azalaraq 1060 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2022/2023-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 6 milyon ton artaraq 209 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2021/2022-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 6 milyon ton artaraq 227 milyon ton olması proqnozlaşdırılır.
  • 2021/2022-ci məhsul ilinə nəzərən 2022/2023-cü məhsul ilində dünyada buğda üzrə istehlakın 4 milyon ton azalaraq 791 milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə 2021/2022-ci məhsul ili ilə müqayisədə qlobal buğda ehtiyatlarının həcminin 2.60% azalaraq 269 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34.0% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi sabit olaraq 59.0 milyon ton, istehsal həcmi isə 2021/2022-ci məhsul ili ilə müqayisədə 8 milyon ton çox (392 milyon ton) olacağı gözlənilir.
  • Bununla da, əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 8 milyon ton çox (451 milyon ton) olacaq.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Avqust 2022 · AgroHub