Dünya bazarı konyukturası — İyul 2022
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2022-ci ilin iyul ayında orta hesabla 140.9 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 8.6% (13.3 bənd) az, ötən ilin iyul ayı ilə müqayisədə isə 13.1% (16.4 bənd) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi iyul ayında orta hesabla 124.0 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 0.5% (0.6 bənd) az, ötən ilin iyul ayı ilə müqayisədə isə 8.7% (9.9 bənd) çoxdur.
- Süd Məhsullarının Qiymət İndeksi iyul ayında orta hesabla 146.4 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 2.5% (3.8 bənd) az, ötən ilin iyul ayı ilə müqayisədə isə 25.4% (29.7 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi iyul ayında orta hesabla 147.3 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 11.5% (19.1 bənd) az, ötən ilin iyul ayı ilə müqayisədə isə 16.6% (21.0 bənd) çoxdur.
- Bitki Yağlarının Qiymət İndeksi iyul ayında orta hesabla 171.1 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 19.2% (40.7 bənd) az, ötən ilin iyul ayı ilə müqayisədə isə 10.1% (15.6 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2021/2022-ci məhsul ili ilə müqayisədə 14 milyon ton azalaraq 1056 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 2022/2023-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 6 milyon ton artaraq 209 milyon ton olacağı proqnozlaşdırılır.
- 2021/2022-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 3 milyon ton artaraq 224 milyon ton olması proqnozlaşdırılır.
- 2021/2022-ci məhsul ilinə nəzərən 2022/2023-cü məhsul ilində dünyada buğda üzrə istehlakın 4 milyon ton azalaraq 789 milyon ton olacağı proqnozlaşdırılır.
- Proqnozlar reallaşacağı təqdirdə 2021/2022-ci məhsul ili ilə müqayisədə qlobal buğda ehtiyatlarının həcminin 4.83% azalaraq 276 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34.0% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi sabit olaraq 59.0 milyon ton, istehsal həcmi isə 2021/2022-ci məhsul ili ilə müqayisədə 4 milyon ton çox (388 milyon ton) olacağı gözlənilir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.