Dünya bazarı konyukturası — İyun 2022
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2022-ci ilin iyun ayında orta hesabla 154.2 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 2.3% (3.7 bənd) az, ötən ilin iyun ayı ilə müqayisədə isə 23.1% (29.0 bənd) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 124.7 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 1.7% (2.1 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 12.7% (14.0 bənd) çoxdur.
- Süd Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 149.8 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 4.1% (5.9 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 24.9% (29.9 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi iyun ayında orta hesabla 166.3 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 4.1% (7.2 bənd) az, ötən ilin iyun ayı ilə müqayisədə isə 27.6% (36.0 bənd) çoxdur.
- Bitki Yağlarının Qiymət İndeksi iyun ayında orta hesabla 211.8 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 7.6% (17.4 bənd) az, ötən ilin iyun ayı ilə müqayisədə isə 34.3% (54.1 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2021/2022-ci məhsul ili ilə müqayisədə 19 milyon ton azalaraq 1052 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 2022/2023-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5 milyon ton artaraq 205 milyon ton olacağı proqnozlaşdırılır.
- 2021/2022-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 1 milyon ton azalaraq 221 milyon ton olması proqnozlaşdırılır.
- 2021/2022-ci məhsul ilinə nəzərən 2022/2023-cü məhsul ilində dünyada buğda üzrə istehlakın 7 milyon ton azalaraq 784 milyon ton olacağı proqnozlaşdırılır.
- Proqnozlar reallaşacağı təqdirdə 2021/2022-ci məhsul ili ilə müqayisədə qlobal buğda ehtiyatlarının həcminin 4.29% azalaraq 268 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34.0% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi 1.67% artaraq 61.0 milyon ton, istehsal həcmi isə 2021/2022-ci məhsul ili ilə müqayisədə 3 milyon ton az (380 milyon ton) olacağı gözlənilir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.