Dünya bazarı konyukturası — May 2022
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2022-ci ilin may ayında orta hesabla 157.4 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 0.6% (0.9 bənd) az, ötən ilin may ayı ilə müqayisədə isə 22.8% (29.2 bənd) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi may ayında orta hesabla 122.0 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 0.5% (0.6 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 13.6% (14.6 bənd) çoxdur.
- Süd Məhsullarının Qiymət İndeksi may ayında orta hesabla 141.6 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 3.5% (5.1 bənd) az, ötən ilin may ayı ilə müqayisədə isə 16.9% (20.5 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi may ayında orta hesabla 173.4 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 2.2% (3.7 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 29.7% (39.7 bənd) çoxdur.
- Bitki Yağlarının Qiymət İndeksi may ayında orta hesabla 229.3 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 3.5% (8.3 bənd) az, ötən ilin may ayı ilə müqayisədə isə 31.1% (54.4 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2021/2022-ci məhsul ili ilə müqayisədə 18 milyon ton azalaraq 1053 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 2022/2023-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 6 milyon ton artaraq 205 milyon ton olacağı proqnozlaşdırılır.
- 2021/2022-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi dəyişməz olaraq 221 milyon ton olması proqnozlaşdırılır.
- 2021/2022-ci məhsul ilinə nəzərən 2022/2023-cü məhsul ilində dünyada buğda üzrə istehlakın 0.63% azalaraq 786 milyon ton olacağı proqnozlaşdırılır.
- Proqnozlar reallaşacağı təqdirdə 2021/2022-ci məhsul ili ilə müqayisədə qlobal buğda ehtiyatlarının həcminin 4.30% azalaraq 267 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34.0% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi 1.67% artaraq 61.0 milyon ton, istehsal həcmi isə 2021/2022-ci məhsul ili ilə müqayisədə 1.0 milyon ton az (382.0 milyon ton) olacağı gözlənilir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.