Dünya bazarı konyukturası — Aprel 2022
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2022-ci ilin aprel ayında orta hesabla 158.5 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 0.8% (1.2 bənd) az, ötən ilin aprel ayı ilə müqayisədə isə 29.8% (36.4 bənd) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 121.9 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 2.2% (2.7 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 16.8% (17.6 bənd) çoxdur.
- Süd Məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 147.1 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 0.9% (1.3 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 23.5% (28.0 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi aprel ayında orta hesabla 169.5 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 0.4% (0.7 bənd) az, ötən ilin aprel ayı ilə müqayisədə isə 34.3% (43.3 bənd) çoxdur.
- Bitki Yağlarının Qiymət İndeksi aprel ayında orta hesabla 237.5 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 5.7% (14.3 bənd) az, ötən ilin aprel ayı ilə müqayisədə isə 46.5% (75.3 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2021/2022-ci məhsul ili ilə müqayisədə 16 milyon ton azalaraq 1055 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 2022/2023-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5 milyon ton artaraq 205 milyon ton olacağı proqnozlaşdırılır.
- 2021/2022-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 0.45% azalaraq 221 milyon ton olması proqnozlaşdırılır.
- 2021/2022-ci məhsul ilinə nəzərən 2022/2023-cü məhsul ilində dünyada buğda üzrə istehlakın 0.38% azalaraq 788 milyon ton olacağı proqnozlaşdırılır.
- Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2021/2022-ci məhsul ili ilə müqayisədə 4.64% azalaraq 267 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 33.9% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi 1.67% artaraq 61.0 milyon ton, istehsal həcmi isə 2021/2022-ci məhsul ili ilə müqayisədə 2.0 milyon ton az (381.0 milyon ton) olacağı gözlənilir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.