Dünya bazarı konyukturası — Mart 2022
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2022-ci ilin mart ayında orta hesabla 159.3 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 12.6% (17.9 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 33.6% (40.1 bənd) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 120.0 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 4.8% (5.5 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 19.0% (19.2 bənd) çoxdur.
- Süd Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 145.2 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 2.6% (3.7 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 23.6% (27.7 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi mart ayında orta hesabla 170.1 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 17.1% (24.9 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 37.3% (46.2 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2020/2021-ci məhsul ili ilə müqayisədə 3 milyon ton azalaraq 1070 milyon ton olacağı təxmin edilir.
- Dünya buğda ticarətinin 2021/2022-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 3 milyon ton azalaraq 200 milyon ton olacağı proqnozlaşdırılır.
- 2020/2021-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 4.72% azalaraq 222 milyon ton olması proqnozlaşdırılır.
- 2020/2021-ci məhsul ilinə nəzərən 2021/2022-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 1.15% artaraq 791 milyon ton olacağı proqnozlaşdırılır.
- Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ili ilə müqayisədə 4.47% azalaraq 278 milyon ton olacağı gözlənilir.
- Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 35.1% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi 1.64% azalaraq 60.0 milyon ton, istehsal həcmi isə 2020/2021-ci məhsul ili ilə müqayisədə 6.0 milyon ton az (382.0 milyon ton) olacağı gözlənilir.
- Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 7.0 milyon ton az (442.0 milyon ton) olacaq.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.