AgroHub

Dünya bazarı konyukturası — Fevral 2022

Fevral 2022Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2022-ci ilin fevral ayında orta hesabla 140.7 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 3.9% (5.3 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 20.7% (24.1 bənd) çoxdur.
  • Ət Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 112.8 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 1.1% (1.2 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 15.3% (15.0 bənd) çoxdur.
  • Süd Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 141.1 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 6.4% (8.5 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 24.8% (28.0 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi fevral ayında orta hesabla 144.8 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 3.0% (4.2 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 14.8% (18.7 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2020/2021-ci məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 1069 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2021/2022-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə sabit qalaraq 203 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2020/2021-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 4.72% azalaraq 222 milyon ton olması proqnozlaşdırılır.
  • 2020/2021-ci məhsul ilinə nəzərən 2021/2022-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 0.51% artaraq 787 milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ili ilə müqayisədə 2.76% azalaraq 282 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 36.0% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi 0.5% azalaraq 64.8 milyon ton, istehsal həcmi isə 2020/2021-ci məhsul ili ilə müqayisədə 6.4 milyon ton az (395.9 milyon ton) olacağı gözlənilir.
  • Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 6.7 milyon ton az (460.7 milyon ton) olacaq.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Fevral 2022 · AgroHub