AgroHub

Dünya bazarı konyukturası — Yanvar 2022

Yanvar 2022Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2022-ci ilin yanvar ayında orta hesabla 135.7 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 1.2% (1.6 bənd), ötən ilin yanvar ayı ilə müqayisədə isə 19.5% (22.2 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi yanvar ayında orta hesabla 140.6 bənd təşkil edib, əvvəlki ay ilə müqayisədə 0.1% (0.1 bənd), ötən ilin yanvar ayı ilə müqayisədə isə 12.5% (15.6 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2020/2021-ci məhsul ili ilə müqayisədə 6 milyon ton azalaraq 1066 milyon ton olacağı təxmin edilir.
  • Dünya buğda ticarətinin 2021/2022-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 4 milyon ton artaraq 207 milyon ton olacağı proqnozlaşdırılır.
  • 2020/2021-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 5.15% azalaraq 221 milyon ton olması proqnozlaşdırılır.
  • 2019/2020-ci məhsul ilinə nəzərən 2021/2022-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 5.49% artaraq 788 milyon ton olacağı proqnozlaşdırılır.
  • Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ili ilə müqayisədə 4.32% azalaraq 278 milyon ton olacağı gözlənilir.
  • Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi də 35.0% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi 9.7% azalaraq 65.1 milyon ton, istehsal həcmi isə 2020/2021-ci məhsul ili ilə müqayisədə 8.5 milyon ton az (393.9 milyon ton) olacağı gözlənilir.
  • Bununla da, əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 8.8 milyon ton az (458.6 milyon ton) olacaq.
  • Çində buğda ehtiyatlarının həcminin 2020/2021-ci məhsul ili ilə müqayisədə 3.5% azalaraq 144.8 milyon ton olması gözlənilir.
  • Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2021/2022-ci məhsul ilində istehsal həcminin 4.01% azalaraq 133.9 milyon ton olması, ixracın isə 4.19% artaraq 67.2 milyon ton olması proqnozlaşdırılır.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Yanvar 2022 · AgroHub