Dünya bazarı konyukturası — Dekabr 2023
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2023-cü ilin dekabr ayında orta hesabla 118.5 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.5% (1.8 bənd), ötən ilin dekabr ayı ilə müqayisədə isə 10.1% (13.3 bənd) azdır.
- Ət Məhsullarının Qiymət İndeksi dekabr ayında orta hesabla 110.4 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.0% (1.1 bənd), ötən ilin dekabr ayı ilə müqayisədə isə 1.8% (2.0 bənd) azdır.
- Süd Məhsullarının Qiymət İndeksi dekabr ayında orta hesabla 116.1 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.6% (1.9 bənd) çox, ötən ilin dekabr ayı ilə müqayisədə isə 16.0% (22.1 bənd) azdır.
- Taxıl Qiyməti İndeksi dekabr ayında orta hesabla 122.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.5% (1.8 bənd) çox, ötən ilin dekabr ayı ilə müqayisədə isə 16.6% (24.4 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2022/2023-cü məhsul ili ilə müqayisədə 6 milyon ton azalaraq 1056 milyon ton olacağı proqnozlaşdırılır.
- Qlobal buğda ehtiyatları həcminin 2022/2023-cü məhsul ili ilə də müqayisədə 2023/2024-cü məhsul ilində 4.6% azalacağı və 260 milyon tona enəcəyi gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton artaraq 66 milyon ton, istehsal həcminin isə 2022/2023-cü məhsul ili ilə müqayisədə 14 milyon ton az (382 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 9 milyon ton az (448 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2023/2024-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 10 milyon ton azalaraq 210 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin 2022/2023-cü məhsul ili ilə müqayisədə 2 milyon ton artaraq 139 milyon ton olacağı gözlənilir.
- Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2023/2024-cü məhsul ilində istehsal həcminin 2.5% azalaraq 140.4 milyon ton, ixracın isə dəyişməz olaraq 77.1 milyon ton olacağı proqnozlaşdırılır.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.