AgroHub

Dünya bazarı konyukturası — Noyabr 2023

Noyabr 2023Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2023-cü ilin noyabr ayında orta hesabla 120.4 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.02% (0.02 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə Ət Məhsullarının Qiymət İndeksi noyabr ayında orta hesabla 111.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.4% (0.4 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 2.4% (2.8 bənd) azdır.
  • Süd Məhsullarının Qiymət İndeksi noyabr ayında orta hesabla 114.2 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.2% (2.5 bənd) çox, ötən ilin noyabr ayı ilə müqayisədə isə 16.9% (23.2 bənd) azdır.
  • Taxıl Qiyməti İndeksi noyabr ayında orta hesabla 121.0 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 3.0% (3.7 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 19.4% (29.1 bənd) azdır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2022/2023-cü məhsul ili ilə müqayisədə 9 milyon ton azalaraq 1052 milyon ton olacağı proqnozlaşdırılır.
  • Qlobal buğda ehtiyatları həcminin 2022/2023-cü məhsul ili ilə də müqayisədə 2023/2024-cü məhsul ilində 4.4% azalacağı və 258 milyon tona enəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 33% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 4 milyon ton artaraq 64 milyon ton, istehsal həcminin isə 2022/2023-cü məhsul ili ilə müqayisədə 15 milyon ton az (381 milyon ton) olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 11 milyon ton az (445 milyon ton) olacaq.
  • Dünya buğda ticarətinin 2023/2024-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 13 milyon ton azalaraq 207 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin 2022/2023-cü məhsul ili ilə müqayisədə 2 milyon ton artaraq 139 milyon ton olacağı gözlənilir.
  • Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2023/2024-cü məhsul ilində istehsal həcminin 4.0% azalaraq 138.5 milyon ton, ixracın isə 3.4% azalaraq 74.5 milyon ton olacağı proqnozlaşdırılır.
  • Qara dəniz ölkələri qrupu üzrə icmal Qara dəniz ölkələri qrupu üzrə ixrac Bu qrupda əsas istehsalçılar Rusiya, Ukrayna və Qazaxıstandır.  2023-cü ilin noyabr ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 1.7% artaraq 241 ABŞ dolları/ton səviyyəsində qərarlaşmışdır.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Noyabr 2023 · AgroHub