Dünya bazarı konyukturası — Oktyabr 2023
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2023-cü ilin oktyabr ayında orta hesabla 120.6 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.6% (0.7 bənd), ötən ilin oktyabr ayı ilə müqayisədə isə 10.9% (14.8 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2022/2023-cü məhsul ili ilə müqayisədə 10 milyon ton azalaraq 1052 milyon ton olacağı proqnozlaşdırılır.
- Qlobal buğda ehtiyatları həcminin 2022/2023-cü məhsul ili ilə də müqayisədə 2023/2024-cü məhsul ilində 4.1% azalacağı və 259 milyon tona enəcəyi gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 33% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 3 milyon ton artaraq 63 milyon ton, istehsal həcminin isə 2022/2023-cü məhsul ili ilə müqayisədə 17 milyon ton az (379 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 14 milyon ton az (442 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2023/2024-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 15 milyon ton azalaraq 205 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin 2022/2023-cü məhsul ili ilə müqayisədə 2 milyon ton artaraq 139 milyon ton olacağı gözlənilir.
- Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2023/2024-cü məhsul ilində istehsal həcminin 3.9% azalaraq 138.4 milyon ton, ixracın isə 4.0% azalaraq 74.0 milyon ton olacağı proqnozlaşdırılır.
- Qara dəniz ölkələri qrupu üzrə icmal Qara dəniz ölkələri qrupu üzrə ixrac Bu qrupda əsas istehsalçılar Rusiya, Ukrayna və Qazaxıstandır. 2023-cü ilin oktyabr ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 2.7% artaraq 237 ABŞ dolları/ton səviyyəsində qərarlaşmışdır.
- Son 1 il ərzində buğdanın dünya birjalarında qiyməti, ABŞ dolları/ton 2020-2022-ci illər, 2022-ci ilin son iki rübü və 2023-cü ilin ilk üç rübü ərzində buğdanın ABŞ bazarında qiyməti, ABŞ dolları/ton Rusiya buğdasının ixrac qiymətində qeyri-müəyyənlik müşahidə olunur.
- Oktyabr ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 4.4% azalaraq 232 ABŞ dolları/ton təşkil etmişdir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.