Dünya bazarı konyukturası — Sentyabr 2023
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2023-cü ilin sentyabr ayında orta hesabla 121.5 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.1% (0.1 bənd), ötən ilin sentyabr ayı ilə müqayisədə isə 10.6% (14.5 bənd) azdır.
- Taxıl Qiyməti İndeksi sentyabr ayında orta hesabla 126.3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.0% (1.3 bənd) çox, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 14.6% (21.6 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2022/2023-cü məhsul ili ilə müqayisədə 11 milyon ton azalaraq 1051 milyon ton olacağı proqnozlaşdırılır.
- Qlobal buğda ehtiyatları həcminin 2022/2023-cü məhsul ili ilə də müqayisədə 2023/2024-cü məhsul ilində 3.7% azalacağı və 258 milyon tona enəcəyi gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 1 milyon ton artaraq 61 milyon ton, istehsal həcminin isə 2022/2023-cü məhsul ili ilə müqayisədə 20 milyon ton az (376 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 19 milyon ton az (437 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2023/2024-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 16 milyon ton azalaraq 206 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin 2022/2023-cü məhsul ili ilə müqayisədə 2 milyon ton artaraq 139 milyon ton olacağı gözlənilir.
- Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2023/2024-cü məhsul ilində istehsal həcminin 6.7% azalaraq 134.4 milyon ton, ixracın isə 4.8% azalaraq 73.0 milyon ton olacağı proqnozlaşdırılır.
- Qara dəniz ölkələri qrupu üzrə icmal Qara dəniz ölkələri qrupu üzrə ixrac Bu qrupda əsas istehsalçılar Rusiya, Ukrayna və Qazaxıstandır. 2023-cü ilin sentyabr ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 2.7% artaraq 231 ABŞ dolları/ton səviyyəsində qərarlaşmışdır.
- Son 1 il ərzində buğdanın dünya birjalarında qiyməti, ABŞ dolları/ton 2020-2022-ci illər, 2022-ci ilin son iki rübü və 2023-cü ilin ilk üç rübü ərzində buğdanın ABŞ bazarında qiyməti, ABŞ dolları/ton Rusiya buğdasının ixrac qiymətində qeyri-müəyyənlik müşahidə olunur.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.