AgroHub

Dünya bazarı konyukturası — Avqust 2023

Avqust 2023Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2023-cü ilin avqust ayında orta hesabla 121.4 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.1% (2.6 bənd), ötən ilin avqust ayı ilə müqayisədə isə 11.8% (16.2 bənd) azdır.
  • Ət Məhsullarının Qiymət İndeksi avqust ayında orta hesabla 114.6 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 3.0% (3.6 bənd), ötən ilin avqust ayı ilə müqayisədə isə 5.4% (6.5 bənd) azdır.
  • Süd Məhsullarının Qiymət İndeksi avqust ayında orta hesabla 111.3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 4.0% (4.6 bənd), ötən ilin avqust ayı ilə müqayisədə isə 22.4% (32.1 bənd) azdır.
  • Taxıl Qiyməti İndeksi avqust ayında orta hesabla 125.0 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.7% (0.9 bənd), ötən ilin avqust ayı ilə müqayisədə isə 14.1% (20.6 bənd) azdır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2022/2023-cü məhsul ili ilə müqayisədə 9 milyon ton azalaraq 1054 milyon ton olacağı proqnozlaşdırılır.
  • Qlobal buğda ehtiyatları həcminin 2022/2023-cü məhsul ili ilə də müqayisədə 2023/2024-cü məhsul ilində 3.0% azalacağı və 259 milyon tona enəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 33% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 2 milyon ton artaraq 62 milyon ton, istehsal həcminin isə 2022/2023-cü məhsul ili ilə müqayisədə 19 milyon ton az (377 milyon ton) olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 17 milyon ton az (439 milyon ton) olacaq.
  • Dünya buğda ticarətinin 2023/2024-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 13 milyon ton azalaraq 207 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin 2022/2023-cü məhsul ili ilə müqayisədə 2 milyon ton artaraq 139 milyon ton olacağı gözlənilir.
  • Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2023/2024-cü məhsul ilində istehsal həcminin 5.2% azalaraq 136.4 milyon ton, ixracın isə 3.2% azalaraq 72.5 milyon ton olacağı proqnozlaşdırılır.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Avqust 2023 · AgroHub