Dünya bazarı konyukturası — İyul 2023
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2023-cü ilin iyul ayında orta hesabla 123.9 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.2% (1.5 bənd) çox, ötən ilin iyul ayı ilə müqayisədə isə 11.9% (16.7 bənd) azdır.
- Ət Məhsullarının Qiymət İndeksi iyul ayında orta hesabla 117.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.3% (0.3 bənd), ötən ilin iyul ayı ilə müqayisədə isə 5.0% (6.3 bənd) azdır.
- Süd Məhsullarının Qiymət İndeksi iyul ayında orta hesabla 116.3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.3% (0.4 bənd), ötən ilin iyul ayı ilə müqayisədə isə 20.6% (30.2 bənd) azdır.
- Taxıl Qiyməti İndeksi iyul ayında orta hesabla 125.9 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.6% (0.7 bənd), ötən ilin iyul ayı ilə müqayisədə isə 14.5% (21.4 bənd) azdır.
- Bitki Yağlarının Qiymət İndeksi iyul ayında orta hesabla 129.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 12.1% (14.0 bənd) çox, ötən ilin iyul ayı ilə müqayisədə isə 23.1% (39.0 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2022/2023-cü məhsul ili ilə müqayisədə 1 milyon ton azalaraq 1062 milyon ton olacağı proqnozlaşdırılır.
- Qlobal buğda ehtiyatları həcminin 2022/2023-cü məhsul ili ilə də müqayisədə 2023/2024-cü məhsul ilində 0.7% azalacağı və 266 milyon tona enəcəyi gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 33% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 2 milyon ton artaraq 62 milyon ton, istehsal həcminin isə 2022/2023-cü məhsul ili ilə müqayisədə 12 milyon ton az (383 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 10 milyon ton az (445 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2023/2024-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 10 milyon ton azalaraq 209 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin 2022/2023-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.