Dünya bazarı konyukturası — İyun 2023
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2023-cü ilin iyun ayında orta hesabla 122.3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.4% (1.7 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 20.9% (32.4 bənd) azdır.
- Ət Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 117.9 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.2% (0.2 bənd) çoxdur, ötən ilin iyun ayı ilə müqayisədə isə 6.4% (8.0 bənd) azdır.
- Süd Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 116.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.8% (1.0 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 22.2% (33.4 bənd) azdır.
- Taxıl Qiyməti İndeksi iyun ayında orta hesabla 126.6 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.1% (2.7 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 23.9% (39.7 bənd) azdır.
- Bitki Yağlarının Qiymət İndeksi iyun ayında orta hesabla 115.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.4% (2.9 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 45.3% (96.0 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2022/2023-cü məhsul ili ilə müqayisədə 3 milyon ton artaraq 1066 milyon ton olacağı proqnozlaşdırılır.
- Bunun başlıca səbəbi ötən mövsümə nəzərən cari mövsümdə istehsal həcminin 0.9% artaraq 797 milyon tona yüksəlməsidir.
- Qlobal buğda ehtiyatları həcminin 2022/2023-cü məhsul ili ilə də müqayisədə 2023/2024-cü məhsul ilində 0.7% azalacağı və 267 milyon tona enəcəyi gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 3 milyon ton artaraq 63 milyon ton, istehsal həcminin isə 2022/2023-cü məhsul ili ilə müqayisədə 12 milyon ton az (383 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 9 milyon ton az (446 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2023/2024-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5 milyon ton azalaraq 212 milyon ton olacağı proqnozlaşdırılır.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.