Dünya bazarı konyukturası — May 2023
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2023-cü ilin may ayında orta hesabla 124.3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.7% (3.4 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 21.4% (33.8 bənd) azdır.
- Ət Məhsullarının Qiymət İndeksi may ayında orta hesabla 117.9 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.0% (1.2 bənd) çoxdur, ötən ilin may ayı ilə müqayisədə isə 4.0% (5.0 bənd) azdır.
- Süd Məhsullarının Qiymət İndeksi may ayında orta hesabla 118.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 3.2% (3.9 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 17.7% (25.5 bənd) azdır.
- Taxıl Qiyməti İndeksi may ayında orta hesabla 129.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 4.7% (6.4 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 25.3% (43.8 bənd) azdır.
- Bitki Yağlarının Qiymət İndeksi may ayında orta hesabla 118.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 8.7% (11.3 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 48.2% (110.5 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2022/2023-cü məhsul ili ilə müqayisədə 8 milyon ton artaraq 1067 milyon ton olacağı proqnozlaşdırılır.
- Bunun başlıca səbəbi ötən mövsümə nəzərən cari mövsümdə istehsal həcminin 1.4% artaraq 800 milyon tona yüksəlməsidir.
- Qlobal buğda ehtiyatları həcminin 2022/2023-cü məhsul ili ilə də müqayisədə 2023/2024-cü məhsul ilində 1.5% artacağı və 271 milyon tona qalxacağı gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 33% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 4 milyon ton artaraq 64 milyon ton, istehsal həcminin isə 2022/2023-cü məhsul ili ilə müqayisədə 14 milyon ton az (388 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 8 milyon ton çox (452 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2023/2024-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 3 milyon ton azalaraq 213 milyon ton olacağı proqnozlaşdırılır.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.