AgroHub

Dünya bazarı konyukturası — Aprel 2023

Aprel 2023Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2023-cü ilin aprel ayında orta hesabla 127.2 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.6% (0.8 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 19.7% (31.2 bənd) azdır.
  • Ət Məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 114.5 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.3% (1.5 bənd) çoxdur, ötən ilin aprel ayı ilə müqayisədə isə 6.1% (7.4 bənd) azdır.
  • Süd Məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 124.6 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.7% (2.2 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 15.1% (22.1 bənd) azdır.
  • Taxıl Qiyməti İndeksi aprel ayında orta hesabla 136.1 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.8% (2.5 bənd) az, ötən ilin aprel ayı ilə müqayisədə isə 19.8% (33.6 bənd) azdır.
  • Bitki Yağlarının Qiymət İndeksi aprel ayında orta hesabla 130.1 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.3% (1.7 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 45.2% (107.4 bənd) azdır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Bununla belə, məcmu təklifin həcm göstəricisinin 2022/2023-cü məhsul ili ilə müqayisədə 5 milyon ton azalaraq 1056 milyon ton olacağı proqnozlaşdırılır.
  • Bunun başlıca səbəbi ötən mövsümə nəzərən cari mövsümdə ilin əvvəlinə olan qalıq həcminin 2.6% azalaraq 266 milyon tona düşməsidir.
  • Qlobal buğda ehtiyatları həcminin 2022/2023-cü məhsul ili ilə müqayisədə 2023/2024-cü məhsul ilində 0.8% azalacağı və 264 milyon tona düşəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 33% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 3 milyon ton artaraq 63 milyon ton, istehsal həcminin isə 2022/2023-cü məhsul ili ilə müqayisədə 12 milyon ton azalaraq 382 milyon ton olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 9 milyon ton azalaraq 445 milyon ton olacaq.
  • Dünya buğda ticarətinin 2023/2024-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5 milyon ton azalaraq 210 milyon ton olacağı proqnozlaşdırılır.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Aprel 2023 · AgroHub