Dünya bazarı konyukturası — Mart 2023
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2023-cü ilin mart ayında orta hesabla 126.9 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.2% (2.8 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 20.5% (32.8 bənd) azdır.
- Ət Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 113.0 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.8% (0.9 bənd) çoxdur, ötən ilin mart ayı ilə müqayisədə isə 5.3% (6.3 bənd) azdır.
- Süd Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 130.3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.8% (1.0 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 10.7% (15.5 bənd) azdır.
- Taxıl Qiyməti İndeksi mart ayında orta hesabla 138.6 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 5.5% (8.1 bənd) az, ötən ilin mart ayı ilə müqayisədə isə 18.5% (31.5 bənd) azdır.
- Bitki Yağlarının Qiymət İndeksi mart ayında orta hesabla 131.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 3.0% (4.1 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 47.7% (120.0 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Bununla belə, məcmu təklifin həcm göstəricisinin 2021/2022-ci məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 1061 milyon ton olacağı proqnozlaşdırılır.
- Bunun başlıca səbəbi ötən mövsümə nəzərən cari mövsümdə ilin əvvəlinə olan qalıq həcminin 4.9% azalaraq 272 milyon tona düşməsidir.
- Qlobal buğda ehtiyatları həcminin 2021/2022-ci məhsul ili ilə də müqayisədə 2022/2023-cü məhsul ilində 2.6% azalacağı və 265 milyon tona düşəcəyi gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 1 milyon ton artaraq 60 milyon ton, istehsal həcminin isə 2021/2022-ci məhsul ili ilə müqayisədə 10 milyon ton çox (394 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 11 milyon ton çox (454 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2022/2023-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 10 milyon ton artaraq 213 milyon ton olacağı proqnozlaşdırılır.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.