Dünya bazarı konyukturası — Fevral 2023
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2023-cü ilin fevral ayında orta hesabla 129.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.6% (0.8 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 8.0% (11.3 bənd) azdır.
- Ət Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 112.0 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.1% (0.1 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 1.3% (1.4 bənd) azdır.
- Süd Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 131.3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.7% (3.6 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 7.2% (10.2 bənd) azdır.
- Taxıl Qiyməti İndeksi fevral ayında orta hesabla 147.3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.1% (0.2 bənd) az, ötən ilin fevral ayı ilə müqayisədə isə 1.4% (2.0 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Bununla belə, məcmu təklifin həcm göstəricisinin 2021/2022-ci məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 1060 milyon ton olacağı proqnozlaşdırılır.
- Bunun başlıca səbəbi ötən mövsümə nəzərən cari mövsümdə ilin əvvəlinə olan qalıq həcminin 4.9% azalaraq 271 milyon tona düşməsidir.
- Qlobal buğda ehtiyatları həcminin 2021/2022-ci məhsul ili ilə də müqayisədə 2022/2023-cü məhsul ilində 1.5% azalacağı və 267 milyon tona düşəcəyi gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 1 milyon ton artaraq 60 milyon ton, istehsal həcminin isə 2021/2022-ci məhsul ili ilə müqayisədə 11 milyon ton çox (395 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 12 milyon ton çox (455 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2022/2023-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 11 milyon ton artaraq 214 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin 2021/2022-ci məhsul ili ilə müqayisədə 3 milyon ton artaraq 140 milyon ton olacağı gözlənilir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.