AgroHub

Dünya bazarı konyukturası — Yanvar 2023

Yanvar 2023Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2023-cü ilin yanvar ayında orta hesabla 131.2 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.8% (1.0 bənd), ötən ilin yanvar ayı ilə müqayisədə isə 3.2% (4.4 bənd) azdır.
  • Ət Məhsullarının Qiymət İndeksi yanvar ayında orta hesabla 113.6 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.1% (0.1 bənd) az, ötən ilin yanvar ayı ilə müqayisədə isə 1.3% (1.5 bənd) çoxdur.
  • Süd Məhsullarının Qiymət İndeksi yanvar ayında orta hesabla 136.2 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.4% (2.0 bənd) az, ötən ilin yanvar ayı ilə müqayisədə isə 2.7% (3.6 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi yanvar ayında orta hesabla 147.4 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.1% (0.1 bənd), ötən ilin yanvar ayı ilə müqayisədə isə 4.8% (6.7 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Bununla belə, məcmu təklifin həcm göstəricisinin 2021/2022-ci məhsul ili ilə müqayisədə 8 milyon ton azalaraq 1061 milyon ton olacağı proqnozlaşdırılır.
  • Bunun başlıca səbəbi ötən mövsümə nəzərən cari mövsümdə ilin əvvəlinə olan qalıq həcminin 4.5% azalaraq 277 milyon tona düşməsidir.
  • Qlobal buğda ehtiyatları həcminin 2021/2022-ci məhsul ili ilə də müqayisədə 2022/2023-cü məhsul ilində 2.9% azalacağı və 269 milyon tona düşəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 1 milyon ton artaraq 60 milyon ton, istehsal həcminin isə 2021/2022-ci məhsul ili ilə müqayisədə 7 milyon ton çox (391 milyon ton) olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 8 milyon ton çox (451 milyon ton) olacaq.
  • Dünya buğda ticarətinin 2022/2023-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 10 milyon ton artaraq 213 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin 2021/2022-ci məhsul ili ilə müqayisədə 2 milyon ton azalaraq 142 milyon ton olacağı gözlənilir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Yanvar 2023 · AgroHub