AgroHub

Dünya bazarı konyukturası — Dekabr 2024

Dekabr 2024Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2024-cü ilin dekabr ayında orta hesabla 127.0 bənd təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 0.5% (0.6 bənd) az, ötən ilin dekabr ayı ilə müqayisədə isə 6.5% (7.8 bənd) çoxdur.
  • Ət Məhsullarının Qiymət İndeksi dekabr ayında orta hesabla 119.0 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.4% (0.5 bənd), ötən ilin dekabr ayı ilə müqayisədə isə 6.6% (7.4 bənd) çoxdur.
  • Süd Məhsullarının Qiymət İndeksi dekabr ayında orta hesabla 138.9 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.7% (1.0 bənd) az, ötən ilin dekabr ayı ilə müqayisədə isə 17.0% (20.1 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi dekabr ayında orta hesabla 111.3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.1% (0.1 bənd), ötən ilin dekabr ayı ilə müqayisədə isə 9.3% (11.5 bənd) azdır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə 5 milyon ton azalaraq 1060 milyon ton olacağı proqnozlaşdırılır.
  • Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 3.0% azalacağı və 259 milyon tona enəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton azalaraq 62 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 1.0% azalaraq (382 milyon ton) olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 9 milyon ton az (444 milyon ton) olacaq.
  • Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 4.0% azalaraq 212 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir.
  • Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2024/2025-ci məhsul ilində istehsal həcminin 2.4% azalaraq 137.6 milyon ton, ixracın isə 12.2% azalaraq 74.3 milyon ton olacağı proqnozlaşdırılır.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Dekabr 2024 · AgroHub