Dünya bazarı konyukturası — Noyabr 2024
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2024-cü ilin noyabr ayında orta hesabla 127.5 bənd təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 0.5% (0.6 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 5.6% (6.7 bənd) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi noyabr ayında orta hesabla 118.1 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.8% (0.9 bənd) az, ötən ilin noyabr ayı ilə müqayisədə isə 5.5% (6.1 bənd) çoxdur.
- Süd Məhsullarının Qiymət İndeksi noyabr ayında orta hesabla 139.9 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.6% (0.9 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 20.0% (23.3 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi noyabr ayında orta hesabla 111.4 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.7% (3.0 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 8.0% (9.6 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə 5 milyon ton azalaraq 1060 milyon ton olacağı proqnozlaşdırılır.
- Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 2024/2025-ci məhsul ilində 3.4% azalacağı və 258 milyon tona enəcəyi gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton azalaraq 62 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 1.0% azalaraq (382 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 9 milyon ton az (444 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 3.2% azalaraq 214 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir.
- Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2024/2025-ci məhsul ilində istehsal həcminin 2.4% azalaraq 137.6 milyon ton, ixracın isə 10.6% azalaraq 75.8 milyon ton olacağı proqnozlaşdırılır.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.