AgroHub

Dünya bazarı konyukturası — Oktyabr 2024

Oktyabr 2024Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2024-cü ilin oktyabr ayında orta hesabla 127.4 bənd təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 2.0% (2.5 bənd), ötən ilin oktyabr ayı ilə müqayisədə isə 5.3% (6.4 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi oktyabr ayında orta hesabla 114.4 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.8% (0.9 bənd) çox, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 8.3% (10.3 bənd) azdır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə 3 milyon ton azalaraq 1061 milyon ton olacağı proqnozlaşdırılır.
  • Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 3.0% azalacağı və 258 milyon tona enəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton azalaraq 62 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 0.5% azalaraq (383 milyon ton) olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 7 milyon ton az (445 milyon ton) olacaq.
  • Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 2.7% azalaraq 215 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir.
  • Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2024/2025-ci məhsul ilində istehsal həcminin 2.4% azalaraq 137.6 milyon ton, ixracın isə 10.0% azalaraq 76.3 milyon ton olacağı proqnozlaşdırılır.
  • Qara dəniz ölkələri qrupu üzrə icmal Qara dəniz ölkələri qrupu üzrə ixrac Bu qrupda əsas istehsalçılar Rusiya, Ukrayna və Qazaxıstandır. ➢ 2024-cü ilin oktyabr ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 2.8% artaraq 234 ABŞ dolları/ton səviyyəsində qərarlaşmışdır.
  • Son 1 il ərzində buğdanın dünya birjalarında qiyməti, ABŞ dolları/ton 2020-2022-ci illər, 2023-cü ilin son iki rübü və 2024-cü ilin ilk üç rübü ərzində buğdanın ABŞ bazarında qiyməti, ABŞ dolları/ton ➢ Rusiya buğdasının ixrac qiyməti oktyabr ayında əvvəlki aya nisbətən 7.4% artaraq 235 ABŞ dolları/ton təşkil etmişdir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Oktyabr 2024 · AgroHub