Dünya bazarı konyukturası — Sentyabr 2024
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2024-cü ilin sentyabr ayında orta hesabla 124.4 bənd təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 3.0% (3.7 bənd), ötən ilin sentyabr ayı ilə müqayisədə isə 2.1% (2.5 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi sentyabr ayında orta hesabla 113.5 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 3.0% (3.3 bənd) çox, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 10.2% (12.8 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 1060 milyon ton olacağı proqnozlaşdırılır.
- Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 3.0% azalacağı və 258 milyon tona enəcəyi gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton azalaraq 62 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 0.5% azalaraq (383 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 7 milyon ton az (445 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 2.3% azalaraq 216 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir.
- Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2024/2025-ci məhsul ilində istehsal həcminin 3.5% azalaraq 136.1 milyon ton, ixracın isə 9.4% azalaraq 76.8 milyon ton olacağı proqnozlaşdırılır.
- Qara dəniz ölkələri qrupu üzrə icmal Qara dəniz ölkələri qrupu üzrə ixrac Bu qrupda əsas istehsalçılar Rusiya, Ukrayna və Qazaxıstandır. 2024-cü ilin sentyabr ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 10.4% artaraq 227 ABŞ dolları/ton səviyyəsində qərarlaşmışdır.
- Son 1 il ərzində buğdanın dünya birjalarında qiyməti, ABŞ dolları/ton 2020-2022-ci illər, 2023-cü ilin son iki rübü və 2024-cü ilin ilk üç rübü ərzində buğdanın ABŞ bazarında qiyməti, ABŞ dolları/ton Rusiya buğdasının ixrac qiyməti sentyabr ayında əvvəlki aya nisbətən 0.5% azalaraq 219 ABŞ dolları/ton təşkil etmişdir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.