Dünya bazarı konyukturası — Avqust 2024
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2024-cü ilin avqust ayında orta hesabla 120.7 bənd təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 0.3% (0.3 bənd), ötən ilin avqust ayı ilə müqayisədə isə 1.1% (1.3 bənd) azdır.
- Ət Məhsullarının Qiymət İndeksi avqust ayında orta hesabla 119.5 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.7% (0.9 bənd) az, ötən ilin avqust ayı ilə müqayisədə isə 3.8% (4.3 bənd) çoxdur.
- Süd Məhsullarının Qiymət İndeksi avqust ayında orta hesabla 130.6 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.2% (2.8 bənd), ötən ilin avqust ayı ilə müqayisədə isə 14.2% (16.3 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi avqust ayında orta hesabla 110.1 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.5% (0.6 bənd), ötən ilin avqust ayı ilə müqayisədə isə 11.9% (14.9 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə 2 milyon ton azalaraq 1062 milyon ton olacağı proqnozlaşdırılır.
- Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 3.0% azalacağı və 257 milyon tona enəcəyi gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 7 milyon ton azalaraq 60 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 0.5% azalaraq (384 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 9 milyon ton az (444 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 1.8% azalaraq 217 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir.
- Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2024/2025-ci məhsul ilində istehsal həcminin 3.2% azalaraq 136.5 milyon ton, ixracın isə 10.7% azalaraq 76.0 milyon ton olacağı proqnozlaşdırılır.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.