Azərbaycanda meyvə və giləmeyvə istehsalı: arayış
Əsas faktlar
- 2023-cü ilin məlumatlarına əsasən Azərbaycanda meyvə və giləmeyvə bağlarının sahəsi 227.2 min hektar olub.
- 2023-cü ildə meyvə və giləmeyvə bağlarının sahəsi 2019-cu ilə nisbətən 8.%, 2022-ci ilə nisbətən isə 2.2% artıb.
- Ümumi meyvə və giləmeyvə bağlarının 177.4 min hektarı və ya 78.1%-i bar verən yaşdadır (Qrafik 1).
- 2023-cü ildə Azərbaycanda cəmi meyvə və giləmeyvə bağlarının 36.0%-i fındıq, 12.2%-i alma, 10.0%-i nar, 5.8%-i xurma və 5.0%-i isə gilas bağlarının payına düşüb (Qrafik 2).
- Cəmi meyvə bağları Ondan bar verən yaşda bağlar 2023-cü ildə cəmi meyvə və giləmeyvə bağlarının 60%-dən çoxu Xaçmaz (11.4%), Şəki (3.5%), Göyçay (3.1%) və Oğuz (2.8%) rayonlarının payına düşüb (Cədvəl 1).
- 2023-cü ildə ölkədə meyvə və giləmeyvə istehsalı 2019-cu ilə nisbətən 14.7%, 2022-ci ilə nisbətən isə 0.7% artaraq 1.3 milyon ton olub (Qrafik 3).
- 2023-cü ildə cəmi meyvə və giləmeyvə istehsalının 23.9%-i almanın, 15.1%-i narın, 14.8%-i xurmanın, 6.0%-i fındığın, 5.2%-i şaftalının, 4.8%-i armudun, 4.1%-i naringinin, 4.0%-i isə gilasın payına düşüb (Qrafik 4).
- 2023-cü ildə meyvə və giləmeyvənin məhsuldarlığı 2019-cu ilə 0.4%, 2022-ci ilə nisbətən isə 1.1% azalaraq 70.7 sent/ha olub (Qrafik 6).
- 2023-cü ildə ölkəyə cəmi meyvə idxalı 2019-cu ilə nisbətən 21.9%, 2022-ci ilə nisbətən isə 1.9% artaraq 151.8 milyon ABŞ dolları olub.
- 2023-cü ildə Azərbaycandan ixrac olunan cəmi meyvə 2019-cu ilə nisbətən 1.4 dəfə, 2022-ci ilə nisbətən isə 14.4% artaraq 513.5 milyon ABŞ dolları olub (Cədvəl 2).
İllik ixrac və idxal
İdxal — Azərbaycanda meyvənin idxal və ixrac həcmi
| 2015 | 61,6 min t | 35,4 mln $ |
| 2016 | 78,4 min t | 73,0 mln $ |
| 2017 | 80,1 min t | 75,3 mln $ |
| 2018 | 114,6 min t | 108,4 mln $ |
| 2019 | 117,1 min t | 124,6 mln $ |
| 2020 | 130,0 min t | 124,4 mln $ |
| 2021 | 134,0 min t | 135,6 mln $ |
| 2022 | 138,7 min t | 149,1 mln $ |
| 2023 | 138,5 min t | 151,8 mln $ |
İxrac — Azərbaycanda meyvənin idxal və ixrac həcmi
| 2015 | 173,2 min t | 220,2 mln $ |
| 2016 | 215,4 min t | 243,8 mln $ |
| 2017 | 261,6 min t | 292,7 mln $ |
| 2018 | 319,7 min t | 326,3 mln $ |
| 2019 | 340,6 min t | 362,6 mln $ |
| 2020 | 305,8 min t | 353,1 mln $ |
| 2021 | 375,1 min t | 410,1 mln $ |
| 2022 | 396,0 min t | 448,7 mln $ |
| 2023 | 470,8 min t | 513,5 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.