AgroHub

Dünya bazarı konyukturası — İyul 2024

İyul 2024Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2024-cü ilin iyul ayında orta hesabla 120.8 bənd təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 0.17% (0.2 bənd), ötən ilin iyul ayı ilə müqayisədə isə 3.0% (3.8 bənd) azdır.
  • Ət Məhsullarının Qiymət İndeksi iyul ayında orta hesabla 119.5 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.3% (1.5 bənd), ötən ilin iyul ayı ilə müqayisədə isə 0.8% (1.0 bənd) çoxdur.
  • Süd Məhsullarının Qiymət İndeksi iyul ayında orta hesabla 127.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.2% (0.1 bənd) az, ötən ilin iyul ayı ilə müqayisədə isə 7.2% (8.6 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi iyul ayında orta hesabla 110.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 3.8% (4.4 bənd), ötən ilin iyul ayı ilə müqayisədə isə 12.0% (15.1 bənd) azdır.
  • Bitki Yağlarının Qiymət İndeksi iyul ayında orta hesabla 135.0 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.4% (3.2 bənd), ötən ilin iyul ayı ilə müqayisədə isə 4.0% (5.2 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə dəyişməz olaraq 1061 milyon ton olacağı proqnozlaşdırılır.
  • Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 1.9% azalacağı və 257 milyon tona enəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 7 milyon ton azalaraq 58 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 0.3% artaraq (386 milyon ton) olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 6 milyon ton az (444 milyon ton) olacaq.
  • Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 2.7% azalaraq 215 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — İyul 2024 · AgroHub