AgroHub

Dünya bazarı konyukturası — İyun 2024

İyun 2024Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2024-cü ilin iyun ayında orta hesabla 120.6 bənd təşkil edib ki, bu da may ayı ilə müqayisədə 0.02% (0.02 bənd) az, ötən ilin iyun ayı ilə müqayisədə isə 2.1% (2.5 bənd) azdır.
  • Ət Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 116.9 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.1% (0.1 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 1.7% (2.1 bənd) azdır.
  • Süd Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 127.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.2% (1.5 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 6.5% (7.8 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi iyun ayında orta hesabla 115.2 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 3.0% (3.5 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 9.0% (11.4 bənd) azdır.
  • Bitki Yağlarının Qiymət İndeksi iyun ayında orta hesabla 131.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 3.1% (4.0 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 13.8% (16.0 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə 3 milyon ton azalaraq 1057 milyon ton olacağı proqnozlaşdırılır.
  • Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 1.5% azalacağı və 257 milyon tona enəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 7 milyon ton azalaraq 57 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə dəyişməz olaraq (384 milyon ton) olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 7 milyon ton az (441 milyon ton) olacaq.
  • Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 3.6% azalaraq 213 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 5 milyon ton azalaraq 134 milyon ton olacağı gözlənilir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — İyun 2024 · AgroHub