AgroHub

Dünya bazarı konyukturası — May 2024

May 2024Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2024-cü ilin may ayında orta hesabla 120.4 bənd təşkil edib ki, bu da aprel ayı ilə müqayisədə 0.9% (1.1 bənd) çox, ötən ilin may ayı ilə müqayisədə isə 3.4% (4.3 bənd) azdır.
  • Ət Məhsullarının Qiymət İndeksi may ayında orta hesabla 116.6 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.2% (0.2 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 1.3% (1.5 bənd) azdır.
  • Süd Məhsullarının Qiymət İndeksi may ayında orta hesabla 126.0 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.8% (2.2 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 3.5% (4.3 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi may ayında orta hesabla 118.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 6.4% (7.1 bənd) çox, ötən ilin may ayı ilə müqayisədə isə 8.2% (10.6 bənd) azdır.
  • Bitki Yağlarının Qiymət İndeksi may ayında orta hesabla 127.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.4% (3.1 bənd) az, ötən ilin may ayı ilə müqayisədə isə 7.7% (9.1 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə 9 milyon ton azalaraq 1050 milyon ton olacağı proqnozlaşdırılır.
  • Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 3.1% azalacağı və 252 milyon tona enəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton azalaraq 59 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 5 milyon ton az (379 milyon ton) olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 10 milyon ton az (438 milyon ton) olacaq.
  • Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 2.7% azalaraq 213 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 6 milyon ton azalaraq 133 milyon ton olacağı gözlənilir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — May 2024 · AgroHub