Dünya bazarı konyukturası — Aprel 2024
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2024-cü ilin aprel ayında orta hesabla 119.1 bənd təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 0.3% (0.3 bənd) çox, ötən ilin aprel ayı ilə müqayisədə isə 7.4% (9.5 bənd) azdır.
- Ət Məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 116.3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.6% (1.9 bənd) çox, ötən ilin aprel ayı ilə müqayisədə isə 0.4% (0.5 bənd) azdır.
- Süd Məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 123.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.3% (0.3 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 4.2% (5.5 bənd) azdır.
- Taxıl Qiyməti İndeksi aprel ayında orta hesabla 111.2 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.3% (0.3 bənd) çox, ötən ilin aprel ayı ilə müqayisədə isə 18.3% (25.0 bənd) azdır.
- Bitki Yağlarının Qiymət İndeksi aprel ayında orta hesabla 130.9 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.3% (0.3 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 0.7% (0.9 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə 2 milyon ton azalaraq 1056 milyon ton olacağı proqnozlaşdırılır.
- Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 1.6% azalacağı və 254 milyon tona enəcəyi gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton azalaraq 59 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 2 milyon ton çox (386 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 3 milyon ton az (445 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə dəyişməz olaraq 216 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 6 milyon ton azalaraq 133 milyon ton olacağı gözlənilir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.