AgroHub

Dünya bazarı konyukturası — Mart 2024

Mart 2024Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2024-cü ilin mart ayında orta hesabla 118.3 bənd təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 1.1% (1.3 bənd) çox, ötən ilin mart ayı ilə müqayisədə isə 7.7% (9.9 bənd) azdır.
  • Ət Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 113.0 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.7% (1.9 bənd) çox, ötən ilin mart ayı ilə müqayisədə isə 1.5% (1.7 bənd) azdır.
  • Süd Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 124.2 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.9% (3.5 bənd) çox, ötən ilin mart ayı ilə müqayisədə isə 8.2% (11.1 bənd) azdır.
  • Taxıl Qiyməti İndeksi mart ayında orta hesabla 110.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.6% (3.0 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 20.0% (27.7 bənd) azdır.
  • Bitki Yağlarının Qiymət İndeksi mart ayında orta hesabla 130.6 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 8.0% (9.7 bənd) çox, ötən ilin mart ayı ilə müqayisədə isə 0.9% (1.2 bənd) azdır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2022/2023-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 1058 milyon ton olacağı proqnozlaşdırılır.
  • Qlobal buğda ehtiyatları həcminin 2022/2023-cü məhsul ili ilə də müqayisədə 2023/2024-cü məhsul ilində 5.0% azalacağı və 258 milyon tona enəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 3 milyon ton artaraq 64 milyon ton, istehsal həcminin isə 2022/2023-cü məhsul ili ilə müqayisədə 13 milyon ton az (384 milyon ton) olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 10 milyon ton az (448 milyon ton) olacaq.
  • Dünya buğda ticarətinin 2023/2024-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 7 milyon ton azalaraq 213 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin 2022/2023-cü məhsul ili ilə müqayisədə 2 milyon ton artaraq 139 milyon ton olacağı gözlənilir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Mart 2024 · AgroHub