Dünya bazarı konyukturası — Fevral 2024
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2024-cü ilin fevral ayında orta hesabla 117.3 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 0.7% (0.9 bənd), ötən ilin fevral ayı ilə müqayisədə Ət Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 112.4 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.8% (2.0 bənd) çox, ötən ilin fevral ayı ilə müqayisədə isə 0.8% (0.9 bənd) azdır.
- Süd Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 120.0 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.1% (1.3 bənd) çox, ötən ilin fevral ayı ilə müqayisədə isə 13.4% (18.6 bənd) azdır.
- Taxıl Qiyməti İndeksi fevral ayında orta hesabla 113.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 5.0% (6.1 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 22.4% (32.9 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2022/2023-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 1058 milyon ton olacağı proqnozlaşdırılır.
- Qlobal buğda ehtiyatları həcminin 2022/2023-cü məhsul ili ilə də müqayisədə 2023/2024-cü məhsul ilində 4.4% azalacağı və 259 milyon tona enəcəyi gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 33% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 4 milyon ton artaraq 65 milyon ton, istehsal həcminin isə 2022/2023-cü məhsul ili ilə müqayisədə 12 milyon ton az (384 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 8 milyon ton az (449 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2023/2024-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 8 milyon ton azalaraq 212 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin 2022/2023-cü məhsul ili ilə müqayisədə 2 milyon ton artaraq 139 milyon ton olacağı gözlənilir.
- Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2023/2024-cü məhsul ilində istehsal həcminin 1.9% azalaraq 141.1 milyon ton, ixracın isə 3.1% artaraq 79.5 milyon ton olacağı proqnozlaşdırılır.
- Qara dəniz ölkələri qrupu üzrə icmal Qara dəniz ölkələri qrupu üzrə ixrac Bu qrupda əsas istehsalçılar Rusiya, Ukrayna və Qazaxıstandır. 2024-cü ilin fevral ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 0.9% azalaraq 246 ABŞ dolları/ton səviyyəsində qərarlaşmışdır.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.