AgroHub

Dünya bazarı konyukturası — Dekabr 2025

Dekabr 2025Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2025-ci ilin dekabr ayında orta hesabla 124.3 bənd təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 0.7% (0.9 bənd), ötən ilin dekabr ayı ilə müqayisədə isə 2.4% (3.1 bənd) azdır.
  • Ət Məhsullarının Qiymət İndeksi dekabr ayında orta hesabla 124.2 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.0% (1.2 bənd) az, ötən ilin dekabr ayı ilə müqayisədə isə 3.9% (4.6 bənd) çoxdur.
  • Süd Məhsullarının Qiymət İndeksi dekabr ayında orta hesabla 128.2 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 5.9% (8.0 bənd), ötən ilin dekabr ayı ilə müqayisədə isə 9.7% (13.7 bənd) azdır.
  • Taxıl Qiyməti İndeksi dekabr ayında orta hesabla 107.3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.7% (1.8 bənd) çox, ötən ilin dekabr ayı ilə müqayisədə isə 3.7% (4.1 bənd) azdır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcminin 2025/2026-cı məhsul ilində 2024/2025-ci məhsul ili ilə müqayisədə 31 milyon ton (2.9%) artaraq 1102 milyon ton səviyyəsinə qalxacağı proqnozlaşdırılır.
  • Qlobal buğda ehtiyatları həcminin 2025/2026-cı məhsul ilində 2024/2025-ci məhsul ili ilə müqayisədə 6.9% artacağı və 278 milyon tona qalxacağı gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq 2025/2026-cı məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 64 milyon tondan 61 milyon tona azalaraq 3 milyon ton az, istehsal həcminin isə 388 milyon tondan 434 milyon tona artaraq 46 milyon ton çox olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 2024/2025-ci məhsul ili ilə müqayisədə 452 milyon tondan 495 milyon tona artaraq 43 milyon ton çox olacaq.
  • Dünya buğda ticarətinin 2025/2026-cı məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 4.8% (10 milyon ton) artaraq 220 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin əvvəlki məhsul ili ilə müqayisədə 2025/2026-cı məhsul ilində 5.2% (7 milyon ton) azalaraq 128 milyon ton olacağı gözlənilir.
  • Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2025/2026-cı məhsul ilində istehsal həcminin 5.1% (7.1 milyon ton) artaraq 146.0 milyon ton, ixracın isə 1.8% (1.3 milyon ton) azalaraq 70.3 milyon ton olacağı proqnozlaşdırılır.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Dekabr 2025 · AgroHub