Dünya bazarı konyukturası — Noyabr 2025
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2025-ci ilin noyabr ayında orta hesabla 125.2 bənd təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 0.9% (1.2 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 2.0% (2.5 bənd) azdır.
- Ət Məhsullarının Qiymət İndeksi noyabr ayında orta hesabla 125.4 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.3% (0.4 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 5.6% (6.7 bənd) çoxdur.
- Süd Məhsullarının Qiymət İndeksi noyabr ayında orta hesabla 136.2 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 3.9% (5.5 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 2.7% (3.8 bənd) azdır.
- Taxıl Qiyməti İndeksi noyabr ayında orta hesabla 105.5 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.8% (1.9 bənd) çox, ötən ilin noyabr ayı ilə müqayisədə isə 5.3% (5.9 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcminin 2025/2026-cı məhsul ilində 2024/2025-ci məhsul ili ilə müqayisədə 27 milyon ton (2.5%) artaraq 1098 milyon ton səviyyəsinə qalxacağı proqnozlaşdırılır.
- Qlobal buğda ehtiyatları həcminin 2025/2026-cı məhsul ilində 2024/2025-ci məhsul ili ilə müqayisədə 5.8% artacağı və 275 milyon tona qalxacağı gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 33% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 2025/2026- cı məhsul ilində 2024/2025-ci məhsul ili ilə müqayisədə 64 milyon tondan 61 milyon tona azalaraq 3 milyon ton az, istehsal həcminin isə 388 milyon tondan 428 milyon tona artaraq 40 milyon ton çox olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 2024/2025-ci məhsul ili ilə müqayisədə 452 milyon tondan 489 milyon tona artaraq 37 milyon ton çox olacaq.
- Dünya buğda ticarətinin 2025/2026-cı məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 4.3% (9 milyon ton) artaraq 219 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin əvvəlki məhsul ili ilə müqayisədə 2025/2026-cı məhsul ilində 2.3% (3 milyon ton) azalaraq 125 milyon ton olacağı gözlənilir.
- Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2025/2026-cı məhsul ilində istehsal həcminin 3.7% (5.2 milyon ton) artaraq 144.0 milyon ton, ixracın isə 1.8% (1.3 milyon ton) azalaraq 70.3 milyon ton olacağı proqnozlaşdırılır.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.